Tərtərdə 43 yaşlı kişi öldürüldü
26 Fevral 2024 20:21 KriminalTərtərdə 43 yaşlı kişi öldürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31