"Bura intim münasibət üçün yaxşı yer deyil" dediyinə görə ÖLDÜRDÜ - Ağstafada nələr baş verir?

Ağstafa rayonunda 1981-ci il təvəllüdlü Samir 1973-cü il təvəllüdlü tanışı Mayanı (adlar şərti verilib) öldürüb.

Samir Ağstafa şəhərində tanış olduğu Maya ilə intim münasibətdə olmaq məqsədi ilə ətrafda yaşayış olmayan yerə, Ağstafa çayının Poylu kəndi ərazisindən keçən hissəsinə - çay sahilinə aparmaq məqsədilə ona zəng edib.

Daha sonra Maya ilə Ağstafa dəmiryolu stansiyasının yaxınlığındakı dayanacaqda görüşüb və avtobusla Poylu kəndinin ərazisinə, "Telestudio" deyilən yerin yaxınlığına gəliblər.

Avtobusdan enib, Ağstafa-Poylu avtomobil yolunun kənarından çayın sahilinə uzanan dərə ilə 2-3 km piyada gediblər. Çayın sahilinə təxminən 40 metr qalmış Maya intim münasibət üçün təklif edilən məbləğin az olduğunu, əlavə pul verdiyi halda cinsi əlaqədə ola biləcəyini bildiib.

Samir Mayanın tələbini özünə qarşı hörmətsizlik kimi qəbul edib, cinsi əlaqənin baş tutmadığı halda bu qədər yolu boşuna gəlməsindən hiddətlənib. O, tələblərinə cavab verməyən şəxsi istənilən yerdə cəzalandırmaq, pulun az olması səbəbi ilə oradan uzaqlaşmaq və geri qayıtmaq niyyətində olan Mayaya gücünü nümayiş etdirmək məqsədilə bıçağı cibindən çıxardıb. Ətrafda kimsənin olmamasından istifadə edərək ayaq üstdə və üzbəüz vəziyyətdə Mayanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu qətlə yetirib. 

Daha ətraflı video-materialda:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31