Azərbaycanda ata qızını öldürüb həyətdə basdırıbmış - 4 il sonra üzə çıxdı
22 Fevral 2024 13:26 KriminalAğdamda ata 4 il əvvəl qızını öldürərək, öz evinin həyətyanı sahəsində basdırıb.
Olaylar.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31