Bütün ailəsini qətlə yetirən Əhmədə bu qədər CƏZA VERİLƏCƏK - AÇIQLAMA

Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.DİN-in Mətbuat Xidmətindən  ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha  sonra isə dünən Bakıda ata və anasını, o cümlədən qardaşını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun daha bir cinayəti məlum olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Bəs bütün ölkəni sarsıdan bu cinayəti törədən Əhməd Əhmədova necə bir cəza veriləcək?

Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a deyib ki, bu cinayəti törədən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrinə əsasən cinayət işi başlanılacaq:

"Amma mediada yayılan məlumata görə, cinayəti törədən əqli qüsurlu olub, yəni anlaqsız şəxsdir. Anlaqsızlıqla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsində qeyd olunub ki, anlaqsızlıq ictimai təhlükəli əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib, onu idarə edə bilməyən şəxslərdir. Bu şəxslər də cinayət məsuliyyətinə cəlb edilmirlər. Cinayət məsuliyyətinə cəlb olunmamaq, ümumiyyətlə, anlqasızlıq psixi xəstəlik, xroniki psixi xəstəlikdir və bu eyni zamanda psixi fəaliyyətin müvəqqəti pozulmasıdır. Əslində bu şəxslərlə bağlı konkret cəza tətbiq olunmasa da, onların barəsində Cinayət Məcəlləsində nəzərdə tutulmuş tibbi xarakaterli məcburi tədbirlər tətbiq oluna bilər".

Hüquqşünas qeyd edib ki, psixi pozuntu məhkəmə tərəfindən cəza təyin olunan zaman nəzərə alınır və şəxsin barəsində tibbi xarakaterli məcburi tədbirlər tətbiq oluna bilir. Onun sözlərinə görə, AR Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən məhkəmə tərəfindən tibbi xarakaterli məcburi tədbirlər tətbiq olunmasının əsas məqsədi həmin şəxslərin müalicə olunması və psixi problemlərinin yaxşılaşdırılmasıdır.

"Əgər müalicə nəticəsində şəxsin vəziyyəti yaxşılaşarsa, psixi durumu stabilləşərsə, belə olan təqdirdə şəxsin həmin psixiatr müalicəsinin təsiri altında olduğu müddət hesablanır və ona təyin olunmuş cəzadan çıxılır. Bu qəbildən olan cinayətlər törədildiyi zaman Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsinə (iki və ya daha çox şəxsi öldürmə) əsasən həmin şəxslər barəsində 14 ildən 20 ilə qədər müdətdə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır",- deyə Ramil Süleymanov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31