Anasının Tiktokda şəkillərini görən oğul DƏHŞƏT SAÇDI - FOTO
8 Fevral 2024 10:45 KriminalCİNAYƏT İŞİ
Qısa arayış...
2022-ci il aprelin 20-də Nizami Rayon Polis İdarəsinə rayon ərazisində naməlum qadının bıçaqlanması, cinayəti törədən şəxsin bıçağı ataraq, hadisə yerindən qaçması barədə məlumat daxil olur.
Dərhal hadisə yerinə çıxan əməliyyat qrupu "Mitsubishi" markalı avtomobilin sağ ön hissəsində qadın meyiti aşkar edirlər. İsti izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin qadının oğlu, 15 yaşlı Şəmsi (ad şərtidir) olması müəyyənləşir və o saxlanılır.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Olaylar.az bildirir ki, lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Ş. 2019-cu ilin avqust ayında anası M-nin istifadəsində olan mobil telefona baxarkən, onun "Tik-Tok" və "İnstagram" sosial şəbəkələrində müxtəlif kişilərlə intim yazışmalar aparmasını görüb bu barədə atasına məlumat verib.
Anasının bu hərəkətlərinə görə valideynləri Xətai rayon məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşandıqdan sonra atası ilə birlikdə yaşamağa başlayıb. 2022-ci il aprelin 19-da qisas məqsədi ilə öz mobil telefonundan anasının telefonuna mesaj yazaraq, növbəti gün, saat 12-də sonuncunu R.Rüstəmov küçəsi, 48 ünvanında yerləşən özəl bankın yanına, görüşə çağırıb. Niyyətini həyata keçirmək üçün babasının yaşadığı mənzilin mətbəxindən bıçağı götürərək, məktəbli çantasına qoyub və anası ilə görüşə gedib. Qeyd olunan ünvanda anası ona yaxınlaşan zaman, çantasından çıxardığı bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə vurub. Bu hərəkəti ilə o anasını qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilən Ş. bildirib ki, valideynləri ilə Bakı şəhərinin Xətai rayonunda yaşayıb. Anasının xəyanət etməyini, onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxıb, evə gec qayıtmasından, yataq otağına girib, saatlarla kiminləsə telefonla danışmasından, nəhayət məqam tapıb, telefonundakı məlumatlara baxarkən onun tanımadığı şəxslərlə intim yazışmalarını aşkar etməsindən bilib.
Məhkəmə nəticəyə gəlib ki, Ş.in CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və istintaq sənədləri ilə tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə o 5 il müddətinə azadlıqdan məhrum olunub.