"Koroğlu"da taksi sürücüsü namus üstündə öldürülüb
24 Yanvar 2024 15:00 KriminalBakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Olaylar.az bildirir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov "Koroğlu" metrostansiyası ətrafında "manatlıq taksi" fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.
Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq. (lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31