Şirvanda kişi 74 yaşlı atasını öldürdü

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Şirvanda kişi atasını öldürüb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31