Nişanlanmağa məcbur edilən 12 yaşlı qızın atası HƏBS EDİLDİ
30 Dekabr 2023 20:13 KriminalXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.
Olaylar.az xəbər verir ki, Daxili Işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31