Bakıda DƏHŞƏT: gənc oğlan küçədə öldürüldü - SƏBƏB

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Dekabrın 27-si saat 02 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluqdan Olaylar.az-a verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31