Sumqayıtda 10 mindən çox pirotexniki vasitənin satıldığı anbar aşkarlandı - FOTO
18 Dekabr 2023 18:59 KriminalXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Sumqayıtda pirotexniki vasitələrin satıldığı anbar aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.
Tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar davam etdirilir.
"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, pirotexniki vasitələr insanların həyat və sağlamlığı, o cümlədən ətraf mühit üçün ciddi təhlükə mənbəyidir", - qurumdan bildirilib.




