Xeyli miqdarda pirotexniki vasitə və ratsiya aşkar edilib - FOTO
13 Dekabr 2023 18:54 KriminalXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Daxil olmuş əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Olaylar.az xəbər verir ki, baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31