Qızıl külçələr aşkar edildi - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, Əbu-Dabi-Bakı aviareysi ilə birlikdə gələn Azərbaycan Respublikasının üç vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxslərdən gömrük nəzarətindən gizlətdikləri, ümumi çəkisi 985,51 qram olan 25 ədəd qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31