Qusarda tapança satmaq istəyən şəxs saxlanıldı - FOTO
1 Dekabr 2023 20:57 KriminalXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib. Faktla əlaqədar Qusar RPŞ-də təhqiqat araşdırmaları aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31