Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Livandan ölkəyə gətirildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31