Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Cari il avqustun 16-da Salyan rayon sakini 1998-ci il təvəllüdlü Günel Quliyevanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Salyan rayon prokurorluğundan Olaylar.az-a verilən məlumata görə, istintaqla 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel Quliyevanı sonuncunun bacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31