Gecə saatlarında dəhşətli xəbər gəldi: Xeyli sayda yaralı var

Bakı-Şamaxı-İsmayıllı yolunda "Mercedes Vito" aşıb, altı nəfər xəsarət alıb.

Bununla bağlı   Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü Bakı istiqamətində qeydə alınıb:

"Avtomobilin sürücü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin hissəsində təmir işləri aparılırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31