Lokomotivdən siqaretlər aşkarlandı - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən "Yalama" gömrük postunun idxal gömrük nəzarəti xəttində ölkəmizə gələn lokomotivə gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı lokomotivin içərisində döşəmənin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən 8 min ədəd "Parlament Heets" markalı siqaret aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31