Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
22 Noyabr 2023 10:05 KriminalXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən, borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 40 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31