Azərbaycanda toyda qonaq bıçaqlandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Samuxda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Samux RPŞ-yə rayondakı şadlıq saraylarının birində Gəncə sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

O bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib: "İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31