Sumqayıtda DƏHŞƏT! - 85 yaşlı kişi məktəblini bıçaqladı
7 Noyabr 2023 12:47 KriminalSumqayıtda yeniyetmə bıçaqlanıb. Olaylar.az xəbər verir ki, hadisə 41-ci məhəllədə qeydə alınıb. Bıçaqlanan 13 yaşlı Əli Qurbanzadə xəstəxanaya çatdırılıb. Ona xəsarət yetirməkdə 85 yaşlı Şahhüseyn Qənbərov şübhəli bilinir. İlkin məlumata görə, bıçaqlanma şəxsi münaqişə zəminində baş verib.
Araşdırma aparılır.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31