Bakı sakini keçmiş məhkum tərəfindən bıçaqlandı

Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən Olaylar.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Mehman Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31