Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb - FOTO
4 Noyabr 2023 19:30 KriminalZaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31