Ərəb biznesmen Azərbaycanda adam bıçaqladı

Azərbaycanda tanınmış ərəb iş adamı adam bıçaqlayıb. 

Olaylar.az xəbər verir ki, Al-Ubeydi Ədhəm Məhəmməd Bakı şəhər sakini Sadiq Rəhimovu bıçaqlayıb. 

Azərbaycanda fəaliyyət göstərən "Narginer RR" MMC-nin qanuni təmsilçisi olan Al-Ubeydi Ədhəm Məhəmməd hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağıq zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.  

Cinayət işinin ibtidai istintaqı başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31