Külli miqdarda gümüş aşkar edilib - FOTO
28 Oktyabr 2023 18:14 KriminalOlaylar.az xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31