Qul bazarında fəhlə niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT
25 Oktyabr 2023 20:36 KriminalZabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Olaylar.az APA-ya istinadən xəbərinə görə, qətlə yetirilən 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlu qul bazarında işləyirmiş.
O, iş yoldaşı 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu ilə birgə bazara gələn müştəriyə xidmət göstərməsi üçün yaxınlaşıb.
Müştəri ilə onlar razılaşa bilməyib. F.Nəcəfov buna görə A.Əsgərovu günahlandırıb.
Onu və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
Bundan hiddətlənən A.Əsgərov əlindəki böyük çəkiclə (kubalt) F.Nəcəfovun başına vurub. Sonuncu zərbənin təsirindən hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31