Vəzifəli şəxsin evində QAN DÜŞDÜ - Qonşular nə danışdı? - VİDEO
24 Oktyabr 2023 13:24 KriminalAğdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb. Daha sonra 17 yaşlı oğlan anasını xəstəxanaya çatdırıb. Sakinlər isə küçənin çox sakit bir yer olduğunu, hadisədən xəbərsiz olduqlarını bildirirlər.
Əldə etdiyimiz məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən şəxsin evində baş verib.
Yaralı qadına ilkin yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Mingəçevirə göndərilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. /APA TV
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31