14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi

Bakıda qeyri-rəsmi nikahda olduğu qadına bıçaqla xəsarət yetirməkdə və  onun 14 yaşlı qızını öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Z.Babayev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük məhkum edilib.

O, qalan ömrünü həbsxanada keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31