Abşeronda kişi arvadını qətlə yetirdi - Sonra isə özünü güllələdi
2 Oktyabr 2023 15:39 KriminalXırdalanda kişi arvadını qətlə yetirib, daha sönra özünü güllələyib.
DİN-dən Olaylar.az-a verilən xəbərə görə, oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31