Evdən pul oğurlayan şəxs ələ keçib
18 Sentyabr 2023 15:13 KriminalBinəqədi qəsəbəsindəki evlərdın oğurluq edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsindəki evlərin birindən 1900 manat pul və 240 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Abışov saxlanılıb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. Faktla bağlı araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31