Kürdəxanı sakininin evində heroin və elektron tərəzi aşkar olunub
18 Sentyabr 2023 14:12 KriminalBakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon sakinində harkotik maddə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Mahmudovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31