Maştağada 32 yaşlı oğlanı başından bıçaqladılar
16 Sentyabr 2023 10:30 KriminalBakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Olaylar.az report-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu əvvəlcə döyülüb, sonra bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Fakt araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31