Azərbaycanda AĞIR QƏZA: Qadın öldü, yaralılardan ikisi azyaşlıdır
15 Sentyabr 2023 10:02 KriminalSentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində "Lexus" markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, nəticədə avtomobildəki sərnişin 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31