Külli miqdarda narkotik vasitə aşkar edilib - FOTO
13 Sentyabr 2023 23:07 KriminalOlaylar.az xəbər verir ki, sentyabrın 12-də saat 13:00-da "Horadiz" sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31