Güclü təsiredici dərman preparatları aşkarlanıb - FOTO
11 Sentyabr 2023 19:01 KriminalNaxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb "Tramadol 200", 10 həb "Namadol-225mg", ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31