3 erməni əsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi humanist mövqeyin nümunəsidir - Prokurorluq

Bayrağımızı təhqir edən 3 erməni əsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi Azərbaycan dövlətinin humanist mövqeyinin nümunəsidir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun "instaqram" sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Azərbaycan yaşayan bütün xalqlara, millətlərə fərq qoyulmur və hamının hüquqları bərabərdir.

"Onların ilk cinayətlərini törətdikləri və səmimi peşmançılığı nəzərə alınıb. Onların əməllərində qanunsuzluq qalmışdı. Onlar etdikləri cinayətləri internet resurslarına yaymışdılar. Həmin şəxslər internetdə qadağan olunmuş məlumatı yerləşdirilmişdilər. Sırf bu səbəbdən inzibati qaydada 10 gün müddətinə həbs tənbeh cəzası verilib", - deyə Nemət Əvəzov deyib

Qeyd edək ki, 3 erməni futbolçunun 10 günlük inzibati həbs müddəti ötən gün başa çatıb və onlar Ermənistana keçməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31