Paytaxtın Nərimanov rayonunda marketlərdən birində qətl törədilib.
Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət Rövşən Əliyev küçəsində, metronun chr("39")chr("39")Ulduzchr("39")chr("39") stansiyasının yaxınlığında baş verib.
Bu barədə polisə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib baxış keçiriblər.
Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı chr("39")chr("39")qəsdən adam öldürməchr("39")chr("39")maddəsi ilə cinayət işi başlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: