Hərbçimizin erməni təxribatı nəticəsində yaralanması ilə bağlı cinayət işi başlandı
22 Avqust 2023 15:21 KriminalKəlbəcərdə hərbi qulluqçumuzun erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Olaylar.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər Hərbi prokurorluğuna məlumat daxil olub:
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".