Bakıda silahlı narkotacir saxlanıldı - FOTO
17 Avqust 2023 20:38 KriminalBakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan "Revolver" tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31