Polis Bakıda əməliyyat keçirdi - 25 nəfər saxlanıldı
15 Avqust 2023 16:13 KriminalBakının Yasamal rayonunda son günlərdə keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin, həmçinin, ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb.
Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Aşkarlanan faktlarla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31