Azərbaycanda arvad ərini qətlə yetirdi
9 Avqust 2023 12:02 KriminalSumqayıt şəhərinin Corat Qəsəbəsində arvad ərini öldürüb.
Sumqayıt Şəhər Prokurorluğundan Olaylar.az-a verilən məlumata görə, araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31