Bakıda kafedən 4 min manatlıq oğurluq edildi
8 Avqust 2023 12:00 KriminalBakıda kafedən 4 000 manatlıq oğurluq edilib.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-na keçən gecə paytaxtın Xətai rayonu X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Röyal Qəmbərov müəyyən olunaraq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31