Çoban işlədiyi fermadan 65 qoyun oğurlayıb satdı, pulunu əyləncəyə xərclədi
7 Avqust 2023 14:12 Kriminalİsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanılıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Vurğulanıb ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb. O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31