Bakıda boyunbağı və telefon oğurlayan şəxs tutuldu
7 Avqust 2023 13:47 KriminalBakıda boyunbağı və telefon oğurlayan şəxs tutulub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də O.Qoçəliyevin qızıl boyunbağısını və mobil telefonununu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Ramiz Nuriyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31