Metroda saxlanılan şəxsdən "patı" tapıldı

Metroda saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31