BDU tələbəsi Leyla və 8 aylıq körpəsi niyə öldürüldü? - ŞOK FAKTLAR ORTAYA ÇIXDI - VIDEO

BDU tələbəsi, 20 yaşlı Leyla Hüseynlinin 8 aylıq körpəsini öldürməsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Olaylar.az Referans.az-a istinadən xəbər verir ki, 20 iyun tarixində Abşeron rayonu, Hökməli qəsəbəsində 30 yaşlı zərgər işləyən Fərid Hüseynli işdən icazə alaraq evə gəlib və 20 yaşlı həyat yoldaşı Leyla Hüseynli ilə hələki açıqlanmayan bir səbəbdən mübahisə edib. Nəticədə o, xanımını bıçaqla qətlə yetirib. Hadisə zamanı bıçaq zərbələri alan cütlüyün 8 aylıq körpəsi Ayla da dünyasını dəyişib.

Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub. Deyilənlərə görə Leyla  intizamlı, fəal tələbə kimi tanınıb və yüksək akademik göstəriciləri olub. Onun qaynatasının sözlərinə görə Leyla ilə çox mehriban olublar və körpəsinin olmasına baxmayaraq onun təhsil almasına maneçilik törətməyiblər, əksinə hərtərəfli də şərait yaradıblar.

Təffərüatlarla bağlı ətraflı video-süjetdə:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31