Bacısını bir yumruqla öldürdü
2 Avqust 2023 14:20 KriminalAvqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31