Çimərlikdə motosiklet  qaçıran şəxs saxlanılıb

İyulun 30-da saat 23 radələrində Novxanı çimərliyində Bakı şəhər sakini R.Həsənova məxsus "Nama" markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənov motosikletlə saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31