Gəncədə və Qaxda gənclər bıçaqlandı - Vəziyyətləri ağırdır
1 Avqust 2023 10:29 KriminalGəncədə və Qaxda bıçaqlanma hadisəsi baş verib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən çayxanaların birində 2006-cı il təvəllüdlü yeniyetmə ürək nahiyyəsindən bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Digər hadisə isə Qax rayonunun Lələli kəndində qeydə alınıb.
Belə ki, gecə saatlarında 22 yaşlı Orxan İsmayıl oğlu Qəhrəmanov döş qəfəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti orta-ağır qiymətləndirilir. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31