Bakıda avtomobil qaçıran şəxs saxlanıldı
29 İyul 2023 11:15 Kriminalİyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən "Priora" markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə Olaylar.az -a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31