Bakıda dondurma oğrusu tutuldu
27 İyul 2023 12:36 KriminalBakıda istirahət mərkəzindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31